Mosul əməliyyatına fasilə verildi

mosul-emeliyyatina-fasile-verildi
Oxunma sayı: 1008

İŞİD-in nəzarətində olan İraqın Mosul şəhərinin terrorçulardan azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlara fasilə verilib.

Qafqazinfo”nun “Haberturk”ə istinadən verdiyi məlumata görə, İraq ordusu əməliyyatlar çərçivəsində həlak olan mülki vətəndaşların sayı artdığından bu qərara gəlib.

Qeyd edək ki, Mosul şəhəri iki ilə yaxındır ki, İŞİD-in nəzarəti altındadır. Şəhərin terrorçulardan azad edilməsi uğrunda əməliyyat 2016-cı il oktyabrın 17-də başlayıb. Əməliyyatlarda İraq hərbi qüvvələri ilə birlikdə kürd birləşmələri, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya da iştirak edir.