Bankda insanları girov götürdü, Putinə müraciət ünvanladı - Video + Yenilənib

bankda-insanlari-girov-goturdu-putine-muraciet-unvanladi
Oxunma sayı: 4509

Moskavada naməlum silahlı şəxs “Sitibank”da insanları girov götürərək üzərindəki bombanı partladacağını bəyan edib.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, sərxoş olduğu bildirilən həmin şəxs polislə danışmaq istədiyini tələb edib.

Bankda mühafizəçi, operator və 2 müştərinin olduğu bildirilir.

***

Banka hücum edən şəxsin sahibkar Aram Petrosyan olduğu məlum olub. O, artıq polisə təslim olub.

Eləcə də 4 girov da sərbəst buraxılıb.

A. Petrosyanın üzərindəki qutuda bomba olmadığı, içərisində duzdan ibarət paketin olduğu müəyyənləşib. 

***

Müflis olmuş Aram Petrosyan banka hücum planını təşkil etməzdən öncə Rusiya prezidenti Vladimir Putinə videomüraciət hazırlayıb. 

O, bildirib ki,  24 avqust tarixində Rusiya Cinayət Məcəlləsinin qaydalarını kəskin şəkildə pozmaqla nəinki ölkədə, eləcə də bütün dünyada rezonans yaradacaq.