Misirdə polisi öldürənlər haqda ölüm hökmü çıxarıldı

misirde-polisi-oldurenler-haqda-olum-hokmu-cixarildi
Oxunma sayı: 686

Qahirə Məhkəməsi terror fəaliyyətində iştirak etməkdə və 2013-cü ildə əl-Giza əyalətində yüksək rütbəli polis zabitini qətlə yetirməkdə təqsirləndirilən yeddi müttəhim barəsində cinayət işinin baxışından sonra təkrarən ölüm hökmü çıxarıb.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, digər beş müttəhim on il müddətinə azadlıqdan məhrum edilib.

Bildirilir ki, ekstremist qrup polisə hücumu qabaqcadan planlaşdırıb. Terror aktı nəticəsində yüksək rütbəli polis zabiti öldürülüb.