Miqrantlara qarşı daha bir divar tikiləcək

miqrantlara-qarsi-daha-bir-divar-tikilecek
Oxunma sayı: 715

Macarıstan miqrantların qarşısını almaq məqsədilə ölkənin daha bir hissəsində hasar qurmağı planlaşdırır.

Qafqazinfo” rus KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Viktor Orban danışıb. Onun sözlərinə görə, ölkənin cənub hissəsində qurulacaq yeni sədd daha əvvəl qurulan divar boyunca tikiləcək.

Macarıstan hökumətinin fikrincə, bu addımı minlərlə qaçqının ölkəyə keçməsinin qarşısını alacaq. Baş nazir onu da qeyd edib ki, yeni hasar daha iri mühafizə sistemləri ilə qorunacaq.

Xatırladaq ki, Macarıstan ötən il Serbiya və Xorvatiya ilə sərhəd boyunca tikanlı məftildən hasar tikib.

Aysel Kərimova