Miqrant gəmisi batıb - 250 nəfər öldü

miqrant-gemisi-batib
Oxunma sayı: 2157

Aralıq dənizində, Liviya sahilləri yaxınlığında içində 250 miqrantın olduğu gəmi batıb.

"Report" "France Presse"yə istinadən xəbər verir ki, miqrantların həlak olduğu ehtimal edilir. Xəbərdə bildirilir ki, xilasedicilər Liviya sahillərindən 24 kilometr məsafədə batmış rezin qayıqları aşkar ediblər. Hələlik sudan 5 cəsəd çıxarılıb. "ЕС Frontex" agentliyinin məlumatına görə, 2016-cı ildə İtaliyaya mərkəzi-Aralıq dənizi marşrutu ilə 180 mindən çox adam gəlib. Onlar əsasən Afrika vətəndaşları – nigeriyalılar, habelə Eritreya, Qvineya, Qambiya, Kot-d İvuar sakinləridir.