Minilliyin görüşü baş tutdu - “Xristianları qoruyun” çağırışı

minilliyin-gorusu-bas-tutdu
Oxunma sayı: 1783

Tarixdə ilk dəfə olaraq Moskva və bütün Rusiyanın patriarxı ilə Roma Papasının görüşü baş tutub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kubada baş tutan görüş birgə deklarasiyanın imzalanması ilə başa çatıb. Bu görüş Rus provaslav və Roma katolik kilsələri arasındakı əlaqələrində yeni etapın formalaşmasına da ümid verib.

Patriarx Kirillə Papa Fransiskin görüşü 2 saatdan çox çəkib. Dini liderlər beynəlxalq ictimaiyyəti terrora qarşı mübarizə üçün birləşməyə çağırıb. Eyni zamanda, Yaxın Şərqdəki xristianları qorumaq və zəngin ölkələri qaçqınlara qapılarını açmaq çağırışı edilib.

Qeyd edək ki, bu, 1054-cü ildə kilsələrin ayrılmasından sonra katolik və provaslav liderlərinin ilk görüşü idi.