Milanda metro şübhəli qutuya görə bağlandı

milanda-metro-subheli-qutuya-gore-baglandi
Oxunma sayı: 715

Milanda metro stansiyalarından birində şübhəli qutu tapılıb.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, polis metronun giriş-çıxışını bağlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qutunu yoxlayıb və içində batareyalar aşkarlayıb. Bundan sonra metro işinə davam edib.

Qeyd olunur ki, Almaniya və Fransada baş verən terror aktlarından sonra İtaliyada təhlükəsizlik tədbirləri gücləndirilib.