Məscidə sübh namazında hücum - 58 nəfər öldü+Fotolar

mescide-subh-namazinda-hucum-
Oxunma sayı: 2011

ABŞ ordusunun hava qüvvələri Hələbdə məscidi bombalayıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Cina kəndindəki məscidə edilən hücumda 58 nəfər ölüb. Kəndin mülki müdafiə nümayəndəsi Yəhya Cavad bombalamanın səhər namazı vaxtı olduğunu bildirib. Onun sözlərinə görə, mülki müdafiə nümayəndələri və kənd sakinləri dağıntılar altında qalan insanları xilas etməyə çalışırlar.

ABŞ-ın Mərkəz Qüvvələr Komandanlığı (CENTCOM) Hələbin Cina kəndi yaxınlığında bir hava hücumu reallaşdırdıqlarını qəbul edib. Lakin daha sonra yazılı açıqlama yayan komandanlıq hücumun İdlibdə Əl-qaidəyə məxsus bir toplaşma məntəqəsinə edildiyini və çox sayda terrorçunun öldürüldüyünü deyib.

CENTCOM-un başqa bir rəsmisi isə hücumun İdlibə yox, Hələbin Cina kəndinə edildiyini qəbul edib.

Aysel Kərimova