Merkelə sui-qəsd planı? - Kortejinə şübhəli maşın girdi

merkele-sui-qesd-plani
Oxunma sayı: 1442

Çexiyada səfərdə olan Almaniya kansleri Angela Merkelin kortejinə şübhəli maşın daxil olmağa çalışıb.

Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Angela Merkel Çexiyanın Baş naziri ilə görüşə gedərkən kanslerin nümayəndə heyətini daşıyan kortejə şübhəli maşın yaxınlaşıb. Məlumata görə, polislərin xəbərdarlığına baxmayaraq sürücüsü kortejə qoşulmağa çalışıb. O, polislərin uzun cəhdindən sonra saxlanılıb. Bildirilir ki, aparılan axtarış zamanı maşından dəyənək, göz yaşardıcı qaz və qandal aşkar edilib.

Qeyd edilir ki, şübhəli şəxs artıq nəzarətə götürülüb və barəsində cinayət işi qaldırılıb.

Aysel Kərimova