Merkel onlar üçün Türkiyədə - Bu gün də 35 nəfər öldü

merkel-onlar-ucun-turkiyede
Oxunma sayı: 3158

Almaniya kansleri Angela Merkelin miqrant böhranını müzakirə etmək üçün getdiyi Türkiyədə bu gün daha bir faciə yaşanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Merkelin Ankarada baş nazir Davudoğlu ilə görüşü zamanı Egedə daha iki miqrant faciəsi baş verib. Miqrantları daşıyan iki ayrı qayığın batması nəticəsində ümumilikdə 35 nəfər həlak olub.