“Məktubda “bağışlayın” sözü işlədilib” - Peskov

mektubda-bagislayin-sozu-isledilib
Oxunma sayı: 2353

Türkiyə prezidenti Ərdoğan Putinə yazdığı məktubunda əlaqələrin yaxşılaşdırılması üçün mühüm addım atdı, lakin problemi bir neçə günə həll etmək mümkün deyil.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri prezident Putinin mətbuat katibi Dmitri Peskov açıqlamasında deyib:

“Münasibətlərin normallaşması üçün vacib addım atıldı. Bilirsiniz ki, Rusiya tərəfi və prezident Putin çox ardıcıl mövqe tutub. Türkiyə prezidenti Ərdoğanın göndərdiyi məktubda təəssüf edirəm sözü işlədilib. Məktubda həm təəssüf ifadə edən, həm də bağışlayın sözləri var”.

Peskov, həmçinin qeyd edib ki, Kremlin rəsmi saytında məktubdan verilən sitatlar türk dilindəki versiyasına 100 faiz uyğundur.