Meksikada Pemex şirkətinə məxsus neft email zavodunda partlayış olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “El Sol de Tampico” portalı məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 1 işçi ölüb, 9 nəfər isə yaralanıb. Şirkətin sözçüsü Viktor Campero Jarque faktı təsdiqləyib.
Tamaulipas ştatındakı partlayışa qaz sızmasının səbəb olduğu bildirilib.