Meksikada etirazçılarla polis arasında qarşıdurma - 25 yaralı

meksikada-etirazcilarla-polis-arasinda-qarsidurma
Oxunma sayı: 649

Meksikanın İdalqo ştatında benzinin qiymətinin qalxmasına etiraz edənlərlə polis arasında qarşıdurma baş verib.

Qafqazinfo” “Proceso”ya istinadən xəbər verir ki, insident zamanı 25 nəfər yaralanıb.

Məlumata görə, yolu bağlayan nümayişçilərlə hadisə yerinə gələn federal polis arasında toqquşma olub. Gözyaşardıcı qazdan istifadə edən polis havaya atəş açıb.

Qeyd edək ki, Meksikada yanvarın 1dən benzinin qiyməti 20% qalxıb.