Meksika rəhbərliyi Trampla dialoqa hazırlaşır

meksika-rehberliyi-trampla-dialoqa-hazirlasir
Oxunma sayı: 632

Meksika rəhbərliyi yaxın vaxtlarda ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla dialoqa başlamaq niyyətindədir.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksika Maliyyə naziri Xose Antonio Meade bildirib.

Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı prezident Enrique Pena Nieto diplomatik korpusa xüsusi təlimat verib. Hazırda Meksika və ABŞ arasında gələcək münasibətlər ilə bağlı qeyri-müəyyənlik davam edir.