Meksika prezidenti ABŞ dövlət katibi ilə görüşüb

meksika-prezidenti-abs-dovlet-katibi-ile-gorusub
Oxunma sayı: 628

Meksika prezidenti Enrike Penya Nyeto ABŞ dövlət katibi Reks Tillerson və milli təhlükəsizlik naziri Con Kellini qəbul edib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Excelsior” portalı məlumat yayıb.

Tərəflər görüş zamanı miqrasiya və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

XİN rəhbəri Luis Videqara Meksika və ABŞ arasında danışıqların uzun zaman aparacağını bildirib. Ancaq nəticədə mövcud fikir ayrılıqlarının öhdəsindən gəlinəcəyinə ümid etdiyini vurğulayıb.