Medvedev Türkiyə ilə bağlı tapşırıq verdi

medvedev-turkiye-ile-bagli-tapsiriq-verdi
Oxunma sayı: 6595

Rusiya baş naziri Dmitri Medvedyev Türkiyə ilə hava nəqliyyatının bərpa olunması ilə bağlı təkliflərin hökumətə təqdim olunması üçün Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və bu sahə ilə məşğul olan digər nazirliklərə 1 həftə vaxt verib.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin rəsmi saytında məlumat yerləşdirilib.

Nazirliklərə həmçinin, nəqliyyat təhlükəsizliyini təmin etmək, terror təhlükəsinin yüksək olduğu rayonlara reyslərin həyata keçirirlməməsi haqda tapşırıq verilib.