Maşaripovu arvadı “satıb” - Qısqanclıqdan...

masaripovu-arvadi-satib
Oxunma sayı: 3848

“Reina” qətliamçısının ələ keçirilməsində arvadının xüsusi rolu olduğu məlum olub.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 39 nəfərin qatili olan Maşaripovun Esenyurtda gizləndiyi evi tapmaqda həyat yoldaşı polislərə yardımçı olub.

Anası etiraz etsə də, terrordan sonra gizlənməyə qərar verən Maşaripov 4 yaşlı oğlunu da özü ilə aparır. Qızı ilə Pendikdəki evində qalan qadın ərinin İŞİD-li qadın, seneqallı Dina ilə kəbin kəsdirdiyini eşidir.

Qadın Maşaripovun həm oğlunu özü ilə aparmasına, həm də onu Dina ilə aldatmasına qəzəblənir. Polisin əlinə keçən zaman isə ərinin ev adresini bilməsə də, onunla bağlı önəmli məlumatlar ötürür. Məhz bu bilgilər Maşaripovun yaxalanmasına yardımçı olur.