“Mardan Palace”ın rəhbərliyi dəyişdi

mardan-palacein-rehberliyi-deyisdi
Oxunma sayı: 2442

Bir vaxtlar azərbaycanlı iş adamı Telman İsmayılova (“AST Telman”) məxsus olan “Mardan Palace”dən yeni xəbər var.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, otelin rəhbərliyində dəyişiklik olub. Belə ki, 2008-ci ildən “Mardan Palace”a baş direktorluq edən Çətin Pəhləvan öz postunu tərk edib. Onu Səlçuk Şəntəpə əvəz edəcək.

Xatırladaq ki, “Mardan Palace”ın tikintisi AST Telman tərəfindən aparılıb, müflis olduqdan sonra isə onun əlindən çıxıb.

Aysel Kərimova