London meri ilk dəfə müsəlman seçilə bilər

london-meri-ilk-defe-muselman-secile-biler
Oxunma sayı: 1084

“YouGov” təşkilatının keçirdiyi sosioloji sorğunun nəticələrinə əsasən, London meri ilk dəfə olaraq müsəlman ola bilər.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, leyboristlər partiyasının üzvü, Pakistan əsilli Sadiq Xan London meri seçkilərinin birinci raundunda səslərin 43 faizini, onun əsas rəqibi – mühafizəkar Zak Qoldsmit isə 32 faizini toplaya bilər.

Yekun nəticədə isə, Xanın 57 faiz, Qoldsmit isə 43 faiz səs toplayacağı proqnozlaşdırılır.

Sorğu 2-4 may tarixlərində keçirilib.