Liviya sahillərində 41 miqrantın meyiti aşkarlandı

liviya-sahillerinde-41-miqrantin-meyiti-askarlandi
Oxunma sayı: 1428

Könüllülər dəstəsi Liviya sahillərində, Sabrat şəhəri yaxınlığında 41 miqrantın meyitini aşkarlayıb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Məlumata görə, onlar Avropaya dəniz yolu ilə getmək istəyiblər. Sabrat şəhər şurasının mətbuat katibi bildirib ki, miqrantlar dənizdə 5-6 gün bundan əvvəl boğulublar.

"Həmin şəxslərin meyitləri nümumələr götürülməsi üçün məhkəmə-tibb ekspertizasına verilib. Biz hesab edirik ki, onlar dənizdə batıblar", – deyə mətbuat katibi bildirib.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, yanvarın 1-dən iyulun 6-dək Avropaya dəniz yolu ilə 230885 nəfər gəlib. O cümlədən Yunanıstana 158527 nəfər miqrant və qaçqın, İtaliyaya isə 70978 nəfər üz tutub. 2920 miqrant, qaçqın ölüb və ya itkin düşüb.