Lavrovla Kerri görüşdü - “Atmosferi korlamaq istəməzdim”

lavrovla-kerri-gorusdu
Oxunma sayı: 1111

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında Suriya böhranının müzakirəsi ilə bağlı görüş başlayıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Cenevrədə baş tutan görüşdə əsas müzakirə mövzusu Rusiya və ABŞ arasında Suriyadakı terrorla mübarizə aparmaq üçün koordinasiyanın yaradılmasıdır.

Tərəflərin Türkiyənin Suriya sərhədində başlatdığı hərbi əməliyyatları da müzakirə edəcəyi istisna edilmir.

Görüş bağlı qapılar arxasında keçirilir.

Sergey Lavrova Kerri ilə danışıqlardan əvvəl amerikalı jurnalist “Suriyada atəşkəsin əldə edilməsinin qarşısını nə alır” sualı ilə müraciət edib. Rusiya rəsmisi isə “Danışıqlar atmosferini korlamaq istəməzdim” deyə cavab verib.