Lavrovla Con Kerri arasında telefon danışığı olub

lavrovla-con-kerri-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 1171

Rusiya Xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında növbəti telefon danışığı olub.

Qafqazinfo”nun “İnterfax”a istinadən verdiyi xəbərə görə, tərəflər Suriya münaqişəsinin həlli yollarında ABŞ- Rusiya hökumətlərinin əməkdaşlığı məsələsini müzakirə ediblər. Bu barədə Rsuiya XİN-nin rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd olunur ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.