Lavrovla Con Kerri arasında telefon danışığı olub

lavrovla-con-kerri-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 1539

Rusiya Xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında növbəti telefon danışığı olub.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məıumata görə, ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında diplomatlar əsasən, Suriya məsələsini müzakirə ediblər. Bu barədə Rusiya XİN-nin rəsmi saytında məlumat yerləşdirilib.

Lavrov yenə də Suriya-Türkiyə sərhədinin bağlanmalı olduğunu diqqətə çatdırıb: “Bu, döyüşçülərin Suriyaya axınının qarşısını ala bilər”.

Tərəflər Suriya ilə bağlı səylərini gücləndirmək barədə razılığa gəliblər.