Rusiya və Türkiyə XİN rəhbərləri Sergey Lavrovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, Rusiya XİN-nin rəsmi saytında yerləşdirilən məlumata görə, tərəflər Suriyada atəşkəs rejiminə əməl olunması məsələsindən danışıblar.
“Tərəflər dekabrın 29-da rəsmi Moskva ilə Ankaranın vasitəçiliyi ilə Suriyada hökumət və müxalifət qüvvələri arasında əldə olunan atəşkəs razılaşmasını və danışıqlara hazırlığı müzakirə ediblər”, - deyə məlumatda qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər