Lavrov Ştaynmayerlə Minsk müqavilələrini müzakirə etdi

lavrov-staynmayerle-minsk-muqavilelerini-muzakire-etdi
Oxunma sayı: 636

Rusiya Xarici işlər naziri Sergey Lavrovla Almaniyanın XİN rəhbəri Frank Valter Ştaynmayer Minsk müqavilələrinin həyata keçirilmə məsələsini müzakirə ediblər.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, nazirlər Ukrayna böhranının nizamlanmasındə Minsk danışıqlarının əhəmiyyətli olacağına dair fikir mübadiləsi aparıblar.

“Tərəflər həmçinin “Normand dördlüyü” çərçivəsində müxtəlif səviyyəli görüşlər keçirməyi planlaşdırıblar”, - Rusiya XİN-nin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.