Lavrov Kipr lideri ilə də görüşü ləğv etdi

lavrov-kipr-lideri-ile-de-gorusu-legv-etdi
Oxunma sayı: 1583

Rusiya xarici işlər naziri Sergey Lavrov KKTC (Kuzey Kıbrıs Türk Cümhuriyyəti) lideri Mustafa Akıncı ilə görüşünü ləğv edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu qərarın Lavrovun KKTC "Prezident Sarayı"nda görüşün reallaşmasına məcbur etməsindən qaynaqlandığı bildirilib.

Rus mətbuatında 1-2 dekabr tarixlərində Kiprə gələcək Lavrovun Moskvanın “səhv mesajlar verməmək” üçün görüşü ləğv etdiyi vurğulanıb.

Fileleftheros qəzeti yazır ki, Rusiya Müdafiə Nazirliyi rəsmisi Maria Zaharova Lavrovun “Prezident Sarayı”nda görüşə getməsinin KKTC-nı rəsmən tanıması kimi başa düşüləcəyini qeyd edib.