Lavrov ABŞ-ı terrorçulardan istifadədə ittiham etdi

lavrov-abs-i-terrorculardan-istifadede-ittiham-etdi
Oxunma sayı: 630

ABŞ Suriyada Bəşər Əsədə qarşı mübarizə aparmaq üçün terrorçulardan istifadə etmək niyyətindədir”.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrov “BBC World” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Suriyaya Beynəlxalq Dəstək Qrupu çərçivəsində ABŞ müxalifətlə əlaqələri normallaşdıracağına dair söz verib: “Lakin onlar bu günə qədər bunu həyata heçirə bilməyiblər. Biz düşünürük ki, ABŞ-ın planı əvvəlcədən təmamilə başqa cür olub. Belə ki, “Cebhat an-Nusra” qruplaşmasını zərbələrdən qorumaqla onu “B planı” üçün saxlamaq istəyirlər ki, zamanı gələndə rejimi dəyişsinlər”.