Laqarddan Ukrayna ilə bağlı sərt - Bəyanat

laqarddan-ukrayna-ile-bagli-sert-
Oxunma sayı: 1081

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard Ukraynada təsirli islahatların həyata keçirilməməsindən narahatdır.

“Qafqazinfo”nun AzərTAC-a istinadən verdiyi məlumata görə, Kristin Laqard bu vəziyyətin BVF-nin Ukraynada dəstəklədiyi proqramı həyata keçirməyə təhlükə yaratdığını söyləyib.

“Mən Ukraynanın dövlət idarəçiliyinin təkmilləşdirilməsində, korrupsiyaya qarşı mübarizədə və tamahkar maraqların siyasətə təsirinin azaldılmasında nümayiş etdirdiyi zəif irəliləyişdən narahatam”, - deyə o bildirib.

K.Laqard bildirib ki, müvafiq sahələrdə islahatlara təkan verən mühüm səylərin olmaması nəticəsində BVF-nin dəstəklədiyi proqramın davam edəcəyini və uğurlu olacağını təsəvvürə gətirmək çətindir.