Kubaya gedən Türkiyə təyyarəsi ABŞ-da təcili eniş etdi

kubaya-geden-turkiye-teyyaresi-abs-da-tecili-enis-etdi
Oxunma sayı: 967

Kubanın paytaxtı Havanaya uçan Türkiyə Hava Yollarına (THY) məxsus “A330-200” tipli sərnişin təyyarəsi texniki nasazlığa görə ABŞ-da məcburi eniş etməli olub.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, göyərtəsində 175 sərnişinin olduğu təyyarə Türkiyə saatı ilə 15:30-da Vaşinqton Dulles hava limanında enib.

Təyyarədə İstanbul Ticarət Otağının (İTO) rəhbəri İbrahim Çağlarla onun heyəti də olub.