Krımdakı sanatoriyalar bağlanır

krimdaki-sanatoriyalar-baglanir
Oxunma sayı: 3029

Krımın enerji təchizatı məsələləri üzrə operativ qərargahı dekabrın 1-dən sanatoriyalarda istirahətə gələnlərin qəbulunu müvəqqəti dayandırcaq.

“Qafqazinfo”nun modern.az-a istinadən xəbərinə görə, bu qərarın qəbul edilməsinə səbəb yarımadada enerji qıtlığı və həmin obyektlərə istilik verilməsinin mümkünsüzlüyüdür.

Rusiya fövqəladə hallar nazirinin müavini Aleksandr Çupriyan yerliözünüiadəretmə və yerli hakimiyyət orqanlarının rəhbərlərinə müraciət edərək şəhər və rayonların enerji ilə təchizatı məqsədilə tələb olunan generator sistemləri ilə bağlı siyahı hazırlamalrını xahiş edib:

“Xahiş edirəm ki, situasiyanı başa düşərək kritik situsiyada yalnız hədsiz dərəcədə tələbat olan müəssislələrin siyahısını hazırlayasınız”.