“Krımda nə müharibə, nə də ölən olub” - Rusiya prezidenti

krimda-ne-muharibe-ne-de-olen-olub
Oxunma sayı: 1015

“Krımda nə müharibə, nə də ki aviazərbələr olub, orda bir nəfər də ölməyib. İnsanlar referenduma qatılaraq öz səslərini veriblər”.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

“Biz sadəcə BMT-nin əsasnaməsinə uyğun olaraq xalqın öz iradəsini ifadə etməyinə, haqqlarına sahib çıxmağına kömək etmişik”, - deyə Rusiya lideri əlavə edib.