Kral oğlunun şərəfinə 108 min ağac əkdirdi - Fotolar

kral-oglunun-serefine-108-min-agac-ekdirdi
Oxunma sayı: 3077

Butan kralı Ciqme Kxesar Namqyal Vanqçuk və həyat yoldaşı Ciqme Sinqe Vanqçuk fevralın 5-də ilk dəfə valideyn olublar. Cütlüyün oğlu olub.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumatına görə, kral bu münasibətlə ölkədə 108 min ağac əkdirib.

Tədbirdə təxminən 100 min könüllü insan, eləcə də baş nazir və bir neçə digər nazir iştirak edib.

Qeyd edək ki, 108 rəqəmi buddizmdə müqəddəs sayılır, ağac isə uzunömürlülüyün, gözəlliyin, sağlamlığın simvoludur.