Kolumbiyada hakimiyyətlə qiyamçılar danışıqlara başlayıb

kolumbiyada-hakimiyyetle-qiyamcilar-danisiqlara-baslayib
Oxunma sayı: 638

Ekvadorun paytaxtı Kitoda Kolumbiya hakimiyyəti və üsyançıları (Kolumbiya milli azadlıq ordusu) arasında danışıqlar başlayıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Danışıqlar təminatçı ölkələrin nümayəndələri,  həmçinin Ekvadrun müdafiə naziri Rikardo Patinyo və XİN rəhbəri Qiyomo Lonqonun iştirakı ilə keçirilir.

Dialoqun başlaması barədə razılıq yanvarın ortalarında əldə olunub.

Qeyd edək ki, Kolumbiya milli azadlıq ordusu qiyamçıları 1964-cü ildən başlayaraq hökumətlə silahlı mübarizə aparır.