Koblerin təyyarəsinin Liviyaya enişinə icazə verilmədi

koblerin-teyyaresinin-liviyaya-enisine-icaze-verilmedi
Oxunma sayı: 826

BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Martin Kobleri daşıyan təyyarənin Liviyanın qərbində yerləşən Tobruk hava limanında enişinə icazə verilməyib.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, BMT-nin elçisi Tobruk şəhərində Təmsilçilər Məclisinin sədri Akilə Salih və məclis üzvləri ilə görüşmək üçün Liviyaya yollanıb.

Məclisin yaratdığı müvəqqəti hökumətin tabeliyində olan Tobruk aeroportunun səlahiyyətli şəxsləri şəhərdəki rəsmilərlə görüşərək Koblerin təyyarəsinin ölkəyə enişinə icazə verməyib. 

M. Kobler Feysbuk hesabında sözügedən hadisəni təsdiqləyib: “Texniki səbəblər ucbatından enişə icazə ala bilmədiyimiz üçün Tobruk səfərimizin təxirə salınmasına görə kədərlənirik. Liviyalı müttəfiqlərimizlə birlikdə Liviya xalqına xidmət etmək üçün ən qısa zaman ərzində bu səfərimizi həyata keçirməyə çalışacağıq”.