Klinton Peresin dəfnində iştirak üçün İsrailə gedir

klinton-peresin-defninde-istirak-ucun-israile-gedir
Oxunma sayı: 912

ABŞ-ın keçmiş prezidenti Bill Klinton İsrailin sabiq prezidenti Şimon Peresin dəfn mərasiminə qatılmaq üçün İsrailə gedəcək.

Qafqazinfo”nun məlumatına görə, Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton isə İsrailə səfər planlaşdırmır.

Qeyd olunur ki, H. Klinton dəfn mərasimi zamanı Şimali Karolina ştatının Şarlott şəhərində keçirilən seçkiqabağı təşviqat kampaniyasında iştirak edəcək.

Xatırladaq ki, İsrailin eks-prezidenti Şimon Peres 93 yaşında insultdan dünyasını dəyişib.