Klinton Nyu-York meri vəzifəsinə mübarizədən imtina etdi

klinton-nyu-york-meri-vezifesine-mubarizeden-imtina-etdi
Oxunma sayı: 701

Demokratlar partiyasından ABŞ prezidentliyinə sabiq namizəd Hillari Klinton Nyu-York şəhərinin meri postu uğrunda mübarizə aparmayacaq.

Qafqazinfo”nun “The İndependent”ə istinadən verdiyi xəbərə görə, o, bundan sonra heç bir seçkiyə qatılmayacaq. Bu barədə nəşrə Klintonun adını açıqlamayan yaxın rəfiqəsi bildirib.

Qeyd edək ki, Hillari Klinton noyabrın 8-də prezident seçkilərində Donald Trampa məğlub olub.