Kliçkonu Ali Radanın iclasına buraxmadılar

klickonu-ali-radanin-iclasina-buraxmadilar
Oxunma sayı: 1765

Kiyev meri Vitali Kliçkonu Ali Radada Ukrayna Konstitusiyasının 20-ci ildönümünə həsr olunmuş təntənəli iclasa buraxmayıblar.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kliçko bildirib ki, ona tədbirlə bağlı xüsusi siyahının olduğunu və Kiyev merinin bu siyahıda adnın olmadığını söyləyiblər.

Vitali Kliçko həmçinin qeyd edib ki, bundan sonra onu Ukrayna Ali Radasının binasına da buraxmayacaqlar.