Kim Çen Ina vaxt verildi - Qardaşının cəsədini götürmək üçün

kim-cen-ina-vaxt-verildi-
Oxunma sayı: 1961

Malayziya hökuməti Kim Çen Namın cəsədini şəhər morqundan götürmək üçün ailəsinə ən çoxu üç həftə vaxt verdiyini bildirib. Bu barədə bəyanatla səhiyyə naziri Subtamaniam Satxasivam çıxış edib.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, nazir deyib: “Biz bilirik ki, onun həyat yoldaşı və uşaqları var. Hazırda cəsədin şəxsiyyəti dəqiqləşdirilib və biz onun ailəsindən tezliklə cavab alacağımıza inanırıq”. O, əlavə edib ki, hökumət “iki-üç həftə” gözləməyə hazırdır. Əgər həmin müddətdə rəsmi müraciət daxil olmazsa, “onda Baş nazirin ofisinin, Daxili İşlər, Xarici İşlər və Səhiyyə nazirliklərinin nümayəndələri birlikdə sonrakı addımları müzakirə edəcəklər”.

Bundan bir neçə gün əvvəl səhiyyə nazirinin müavini Hilmi Yəhya Kim Çen Namın cəsədinin Malayziyada yandırılmasının mümkünlüyünü bildirmişdi.

Xatırladaq ki, Şimali Koreyanın prezidenti Kim Çen Inın 46 yaşlı qardaşı bir müddət əvvəl Malaziyada zəhərlənərək öldürülüb.