Rusiya Xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri Suriyada atəşkəs rejimini daha 48 saat uzatmaq qərarına gəliblər.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner “Reuters”ə bildirib.
“Onlar təktərəfli pozuntulara baxmayaraq atəşkəs müddətin uzatmaq qərarına gəliblər. Bu, əsasən humanitar yardımların Suriyaya çatdırılması üçün edilib”, - deyə M. Toner söyləyib.
Agentlik həmçinin vurğulayır ki, Suriyada sentyabrın 12-də elan olnan atəşkəs rejimi müddətində hələ 1 yerli sakinin ölümü qeydə alınmayıb.
Son xəbərlər
Son Xəbərlər