Keçmiş baş nazir sevgilisinə 3 milyonluq villa aldı - Fotolar

kecmis-bas-nazir-sevgilisine-3-milyonluq-villa-aldi
Oxunma sayı: 5448

İtaliyanın sabiq baş naziri və iş adamı Silvio Berluskoni nişanlısı Francesca Pascaleyə villa hədiyyə edib.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, iş adamı Milanda satılan Villa Giambellini 3 milyon avroya alıb.

1140 kvadrat metrlik sahəsi olan villa iki salon, iki yemək otağı, yeddi yataq otağı və səkkiz duş zalından ibarətdir.

Berluskoni 30 yaşlı nişanlısına aldığı bu hədiyyə barədə danışıb:

“Heç kəs səhv başa düşməsin. Bizim münasibətlərimiz normaldır. Dedi-qodulara inanmayın. İkimizin yalnız qala biləcəyimiz, xoşbəxt olacağımız bir yuva axtardıq və aldıq”.