Kayseri terroru ilə bağlı 5 əsgər həbs edildi

kayseri-terroru-ile-bagli-5-esger-hebs-edildi
Oxunma sayı: 851

Türkiyənin Kayseri şəhərində 14 əsgərin ölümünə səbəb olan terror hücumu ilə bağlı məhkəmə işi davam edir.

Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məhkəməyə göndərilən 22 şübhəli arasında olan 5 əsgər həbs olunub.

Həbs edilənlər əsgərlər terrorçulara məlumat verməkdə ittiham olunublar.

Qeyd edək ki, 2016-cı ilin dekabrın 17-də baş verən hücuma görə məsuliyyəti  Kürdüstan Azadlıq Şahinleri (TAK) təşkilatı üzərinə götürmüşdü.