Karlovun qətlinə görə daha bir nəfər saxlanıldı

karlovun-qetline-gore-daha-bir-nefer-saxlanildi
Oxunma sayı: 1121

Ankarada qətlə yetirilən rusiyalı səfir Andrey Karlovun cinayət işi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində bu gün daha bir nəfər saxlanılıb.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, qatil Mövlut Mert Altıntaşla telefon vasitəsilə əlaqə saxlayan E. B. adlı şəxs saxlanılıb.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri, 62 yaşlı Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində 22 yaşlı polis Mevlüt Mert Altıntaş tərəfindən öldürülüb. Sui-qəsdçi isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.

Cinayətlə bağlı 2-si polis olmaqla 3 nəfər həbs olunub.