Karlovun öldürüldüyü sərginin təşkilatçısı saxlanıldı

karlovun-oldurulduyu-serginin-teskilatcisi-saxlanildi
Oxunma sayı: 1008

Ankarada qətlə yetirilən rusiyalı səfir Andrey Karlovun cinayət işi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində Ankara Müasir Sənət Mərkəzindəki sərginin təşkilatıçısı T.Ö. və bir polis saxlanılıb.

Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, təşkilatçı sui-qəsddən sonra verdiyi açıqlamada Karlovu öldürən polis Mevlüt Mert Altıntaşı mühafizəçi zənn etdiyini, onun hücumdan üç gün əvvəl mərkəzə gəlmiş ola biləcəyini söyləyib.

Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri, 62 yaşlı Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində 22 yaşlı polis Mevlüt Mert Altıntaş tərəfindən öldürülüb. Sui-qəsdçi isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.