Kabildə dəhşətli terror - 61 ölü, 207 yaralı+Fotolar

kabilde-dehsetli-terror-
Oxunma sayı: 4610

Əfqanıstanda dəhşətli terror hadisəsi baş verib.

Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, terror aktı paytaxt Kabildə təşkil edilmiş etiraz nümayişi zamanı qeydə alınıb. Yerli polisin məlumatına görə, sözügedən terroru 3 kamikadze planlayıb. Amma onlardan yalnız biri özünü partlada bilib, ikinci terrorçunun bombası işə düşməyib, üçüncü isə polis tərəfindən güllələnib.

Terror nəticəsində 61 nəfər dinc sakin həlak olub, 207 yaralı var. Ölü sayının artacağı istisna deyil.

Terrorla bağlı məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.