Jirinovski Türkiyəyə dəstək oldu - “Cavabları verilməlidir...”

jirinovski-turkiyeye-destek-oldu-
Oxunma sayı: 3584

Rusiya Liberal Demokrat Partiyasının sədri və Avropa Parlamentinin üzvü Vladimir Jirinovski AB ölkələri ilə Türkiyə arasında yaranan diplomatik böhrana münasibət bildirib.

"Qafqazinfo" xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qərbin siyasətini tənqid edən politoloq, Türkiyənin güclənməsinin AB-nin üzvü olan bəzi ölkələri narahat etdiyini söyləyib. Hollandiya hökumətinin türkiyəli nazirlərlə rəftarını faşistlik adlandıran Jirinovski, Türkiyənin mövqeyinin doğru olduğunu qeyd edib.

Nazirlərin ölkəyə buraxılmamsının istər beynəlxalq, istərsə də Hollandiya və Türkiyənin qanunlarına zidd olduğunu deyən politoloq Hollandiya hökumətini sərt tənqid edib.