İtaliyadakı zəlzələdə yeni qurğu sınaqdan keçiriləcək

italiyadaki-zelzelede-yeni-qurgu-sinaqdan-kecirilecek
Oxunma sayı: 950

İtaliyada bir neçə gün bundan öncə baş vermiş zəlzələdən sonra bu ölkədən olan mütəxəssislər zəlzələ ilə bağlı yeni qurğunu son sınaqlardan keçirməyə hazırlaşırlar. Həmin qurğunun yüksək proqnoz qabiliyyətinə malik olduğu deyilir.

“Qaqfazinfo” xəbər verir ki, bu yeni qurğu baş verə biləcək təkanlar zamanı dağıntının və ölüm sayının həftəlik proqnozunu verəcək. Ekspertlər belə bir qurğu ilə gələcəkdə baş verə biləcək fəlakətlərin vuracağı ziyanı nisbətən azaltmağın mümkün olduğunu deyirlər.