İtaliyada zəlzələ oldu - Böyük dağıntı, 14 ölü + Fotolar

italiyada-zelzele-oldu-
Oxunma sayı: 5224

İtaliyanın mərkəzi hissəsində 6,3 bal gücündə zəlzələ baş verib.

Qafqazinfo” xəbər verir ki, yeraltı təkanlar İtaliyanın mərkəzi vilayətlərinin sərhədində Terni şəhərində qeydə alınıb. Bu barədə Avropa Seysmoloji Mərkəzi (EMSC) xəbər yayıb. Məlumata görə yeraltı təkanların episentri 50 km şimalda Lakuila və Ascoli Piceno şəhərindən təxminən 24 km qərbdə olub. Təbii fəlakət ocağı 2 km dərinlikdə yerləşib.

Azərtac-ın yaydığı xəbəə görə, zəlzələ nəticəsində ciddi zərər Amatrice şəhərinə dəyib, evlərin dağıntıları altında qalanlar var. Bu barədə şəhər meri Serdjo Pirocci Rai News 24 telekanalının efirində bildirib. O, deyib: “Şəhərə gedən əsas yollar fəaliyyət göstərmir, şəhərin yarısı dağılıb. İnsanlar dağıntılar altında qalıb. Sürüşmə baş verib, körpünün uçması mümkündür".

İlkin məlumatlara görə, Amatricedə iki, Akkumoli şəhərində isə dörd nəfər ölüb. Xilasetmə əməliyyatı üçün onlarla yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Qeyd edək ki, sonuncu güclü zəlzələ 2009-ci ildə Lakuila şəhərində baş verib. Onda təxminən 300 nəfər həlak olmuşdu.

***

Zəlzələdə ölənlərin sayının azı 14 nəfər olduğu bildirilir.