İtaliyada yenə zəlzələ oldu - 4,4 bal

italiyada-yene-zelzele-oldu
Oxunma sayı: 1190

İtaliyanın mərkəzi hissəsində 4,4 bal gücündə növbəti zəlzələ qeydə alınıb.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, yeraltı təkanın episentri Arkauta-del-Tronto şəhəri yaxınlığında, ocağı isə 9 kilometr dərinlikdə yerləşib. Zəlzələ Romada da hiss olunub.

Son məlumatlara görə, İtaliyanın mərkəzi hissəsində avqustun 24-də gecə 6,0 bal gücündə baş vermiş zəlzələ nəticəsində 290 nəfər ölüb, 2 min 500 nəfər evsiz qalıb. Avqustun 24-dən ölkədə seysmoloqlar tərəfindən 1800 yeraltı təkan qeydə alınıb.

Zərərçəkmiş ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.