İtaliyada 5,4 bal gücündə zəlzələ - Metro boşaldıldı

italiyada-54-bal-gucunde-zelzele
Oxunma sayı: 921

İtaliyanın mərkəzində hər biri 5,4 bal gücündə iki zəlzələ baş verib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ paytaxt Romada da hiss edilib. Metro stansiyalarından insanlar təxliyə olunublar. 

Dağıntılarla bağlı hələlik məlumat verilmir.

Xatırladaq ki, ötən ilin avqustunda paytaxt Romadan təxminən 150 kilometr məsafədə 6 bal gücündə zəlzələ baş vermiş, 300 nəfər ölmüşdü.