İtaliya zəlzələyə görə 40 milyon avro ayırdı

italiya-zelzeleye-gore-40-milyon-avro-ayirdi
Oxunma sayı: 660

İtaliya hökuməti dünən axşam baş verən güclü zəlzələ ilə əlaqədar 40 milyon avro ayırıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bundan başqa, hökumət ölkənin mərkəzi rayonlarında avqustun 24-ü baş verən dağıdıcı zəlzələdən sonra tətbiq edilən fövqəladə vəziyyət rejiminin uzadılmasına qərar verib. Xatırladaq ki, həmin zəlzələ zamanı 298 nəfər həlak olmuş, yüzlərlə insan yaralanmış, 3000-dən çox insan isə evsiz qalmışdı.

Ölkənin baş naziri Matteo Rentsinin günün ikinci yarısı zəlzələdən zərər çəkən bölgələrə səfər edəcəyi gözlənilir.